“Hazırda yaralı əsgərəm, amma hələ ölməmişəm”
28.10.2008 - 16:37
Bakı - APA-Sport. Məşhur braziliyalı futbol ulduzu Ronaldo karyerasını vətənində davam etdirəcək. “APA-Sport”un məlumatına görə, 32 yaşlı hücumçu “Flamenqo”da oynamaq istədiyini qeyd edib.
“Bir sıra Avropa klublarından təklif almışam. Amma “Flamenqo” mənim üçün birinci sıradadır. Hər şey yolunda gedərsə, növbəti mövsümə bu komandada başlayacağam” - deyə Ronaldo bildirib.
Zədə ucbatından 9 ay meydana çıxa bilməyən ikiqat dünya çempionu yenidən Braziliya yığmasının şərəfini qorumaq istədiyini də vurğulayıb: “Hazırda yaralı əsgərəm, amma hələ ölməmişəm”.
Qeyd edək ki, Ronaldo 1996, 1997 və 2002-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0