Məşhur “Çelsi” klubu ilə əməkdaşlıq edən şirkət Qəbələdə futbol akademiyası tikəcək
28.10.2008 - 17:55
Məşhur “Çelsi” klubu ilə əməkdaşlıq edən şirkət Qəbələdə futbol akademiyası tikəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. “Qəbələ” klubunun rəhbərliyi futbol akademiyasının inşası üçün İngiltərədən mütəxəssis dəvət ediblər. “APA-Sport”un məlumatına görə, bu haqda məlumat verən komandanın vitse-prezidenti Fariz Nəcəfovun sözlərinə görə, britaniyalı mütəxəssislər yaxın günlərdə Azərbaycana gələcəklər: “Onlar məşhur “Çelsi” klubu də əməkdaşlıq edirlər. Qəbələdə tikiləcək futbol akademiyasının köməyi ilə uşaq futbolunu inkişaf etdirəcəyik. Akademiyanın binası ilə yanaşı, 5-6 süni örtüklü meydança da inşa ediləcək”.

Ardından əsas komandanın çıxışına və iranlı legioner Fərzad Hatəminin Azərbaycan yığmasına dəvət olunmasına da toxunan Nəcəfov vurğulayıb ki, baş məşqçi Ramiz Məmmədovu dəstəkləyirlər. O, komandanın son vaxtlar uğursuz çıxışını zədə amili ilə əlaqələndirib: “Mövsümlərarası fasilədə transfer etdiyimiz 9 futbolçudan 6-nın zədələnməsi öz mənfi təsirini göstərdi. Bu, baş məşqçimiz üçün də bir şansızlıq idi və onun planlarını pozdu. Məmmədovu digəri ilə əvəzləmək fikrimiz yoxdur. Çünki cavan, istedadlı və xarakterli məşqçidir. Fərzada gəlincə, peşəkar, istedadlı futbolçudur və seçimini özü edir. Milli komandadan dəvət alan kimi, onunla söhbətim oldu. Hatəmi cənubi azərbaycanlı olduğundan ona yığmamızda çıxış etməsinin gələcək karyerası üçün faydalı olacağını dedim. Bundan sonra ondan xəbər çıxmadı. Hər halda, futbolçunu məcburi oynatmaq olmaz”.


0