“Fənərbaxça” Aureliodan niyə imtina edib?
28.10.2008 - 17:57
Bakı - APA-Sport. “Aurelionu çoxdan tanıyıram. Düzgün xarakterə malikdir. O, ilk transfer etmək istədiyim futbolçu idi. Amma Mehmeti komandama gətirə biləcəyimə inanmırdım”. “APA-Sport”un məlumatına görə, bu sözləri İspaniyanın “Betis” klubunun baş məşqçisi Pako Çaparro söyləyib.
Təcrübəli mütəxəssis “Fənərbaxça” klubunun Türkiyə yığmasının da şərəfini qoruyan Mehmet Aurelionu heyətdə saxlaya bilməməsindən təəccübləndiyini bildirib: “Necə ola bilər ki, İstanbul klubu Aurelio kimi səviyyəli futbolçudan imtina edir? Bunu anlamaq belə çətindir. “Fənərbaxça” ilə razılaşmadığını öyrənən kimi düşünmədən onun transferini reallaşdırdıq”.
Qeyd edək ki, Braziliya əsilli müdafiəçi “Betis”ə yay transfer dönəmində keçib.

- “Atalanta” İvan Yuriçlə yollarını ayırıb
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
0
0