Maradona qayıtdı
29.10.2008 - 10:37
Maradona qayıtdı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Dünya futbolunun əfsanəsi Dieqo Maradona Argentina milli komandasının baş məşqçisi təyin olunub. “APA-Sport”un məlumatına görə, yerli futbol qurumunun prezidenti Xulio Qrondona 48 yaşlı Maradona ilə razılığa gəlib. Alfia Bazilenin istefasından sonra bu posta Dieqo Simeone, Karlos Byanki, Migel Anhel Russo və Serjio Batista namizədlər sırasında olsa da, İcraiyyə Komitəsi yekdilliklə Maradonaya səs verib.

14 illik fasilədən sonra yığmaya qayıdan Maradona 1977-94-cü illərdə bu komandanın şərəfini qoruyaraq, 1986-cı ildə dünya çempionu olub. Həmin çempionluq vaxtı Argentina millisinin baş məşqçisi olan Karlos Bilardo sabiq yetirməsinin köməkçisi kimi çalışacaq. Məşqçilik fəaliyyəti 1994-cü ildə başlayan Maradona həmin il “Mandiyu de Korryente” bir il sonra isə “Rasinq Avelanada” komandalarını çalışdırıb və hər ikisindən də qalmaqalla ayrılıb.





0