Qovulanların rekordları
29.10.2008 - 12:09
Qovulanların rekordları
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubundan kənarlaşdırılan 7 futbolçu paytaxt təmsilçisinin adi oyunçuları olmayıb. “APA-Sport”un məlumatına görə, flaqmana lazım olmayanlar komanda ilə bağlı bəzi rekordların müəllifidir. Bu nəticələr də “Neftçi”nin dünən imtina etdiyi sonuncu üç futbolçu ilə bağlıdır.

Rəşad Sadıqov “Neftçi”nin indiki heyətində ən çox matç keçirən futbolçudur. Flaqmanın 125 oyununa çıxan 26 yaşlı müdafiəçi bu il komandasında çıxış etdiyi oyunların sayına görə yalnız “Qarabağ” və “Bakı”da daha çox görüş keçirən Aslan Kərimovla Rafael Əmirbəyovdan geri qalır.

Klubuna sadiqlikdə Premyer Liqada üçüncü olan Rəşadın komanda yoldaşı Georgi Adamiya da oxşar göstərici ilə seçilir. Gürcüstanlı futbolçu Azərbaycanda çıxış etməkdə olan legionerlər arasında bir klubdakı oyun sayında ən yüksək nəticəyə malikdir.

Flaqmanda daha 6 dəfə forma geyinsəydi, Adamiya 100-cü oyununa çıxıb Badri Kvaratsxeliyadan sonra eyni formada bu qədər oyun keçirən ikinci əcnəbi futbolçu olacaqdı. Adamiya həm də “Neftçi”nin cari mövsümkü heyətində ən məhsuldar oyunçu idi. Paytaxt təmsilçisinin heyətində Georgidən çox qol vuranların heç biri indi “ağ-qara” formanı daşımır. Elə Adamiyanın özü də...

Aleksandr Çertoqanov Premyer Liqanın ən təcrübəli legioneridir. Azərbaycan çempionatında keçirdiyi matçların ümumi sayına görə karyerasını davam etdirənlər arasında birinci olan ukraynalı hələ birinci dövrədə yubiley - 100-cü oyununa çıxa bilərdi.

futbolçu

cari mövsüm

Premyer Liqada cəmi

Premyer Liqada “Neftçi”də

oyun

qol

Dəqiqə

Vərəqə

oyun

qol

oyun

qol

Rəşad Sadıqov

9

-

810

1

134

8

125

8

Georgi Adamiya

8

-

648

-

94

29

94

29

Aleksandr Çertoqanov

6

-

222

-

96

2

72

2

Elnur Allahverdiyev

5

-

366

2

109

3

49

2

Rəşad Sadiqov

4

-

359

1

137

4

86

2

Ruslan Abbasov

-

-

-

-

190

7

94

5

Levent Kartop

-

-

-

-

-

-

-

-




0