Aleks: Araqonesə dəyməyin!
29.10.2008 - 12:41
Bakı - APA-Sport. “Məşqçimizə qarşı yönələn tənqidlərə son qoyulmalıdır. Hər gün ortaya bir iddia atırlar. Luis Araqonesin yerinə başqa məşqçinin gətirilməsi iddiaları komandaya ziyan vurur”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça”nın kapitanı Aleks de Souza söyləyib.
Braziliyalı yarımmüdafiəçi çətin durumdan çıxacaq gücdə olduqlarını bildirib: “Hazırda vəziyyət heç də yaxşı deyil. Amma getdikcə daha yaxşı oynayırıq. Qələbə seriyası yaxalasaq, hər şey əla olacaq. Biz savaşmaya davam edəcəyik”.
Çempionlar Liqasının qrup mərhələsini adlamaq şanslarının tükənmədiyini deyən Aleks, ən azından UEFA kubokuna vəsiqə qazanmağa çalışacaqlarını vurğulayıb.

- Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"
- "Arsenal" İngiltərə millisinin üzvünü icarəyə verir
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır
- Lukas Torreyra: "Heç bir futbolçu "Qalatasaray"dan üstün deyil”
- Okan Buruk: "Qələbə bizi ilk 24-lüyə aparacaq"
0
0