Mircavadov da Gedeyə qarşı çıxdı
29.10.2008 - 12:54
Mircavadov da Gedeyə qarşı çıxdı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rəşad Sadıqov, Aleksandr Çertoqanov və Georgi Adamiyanın “Neftçi”dən qovulmasından xəbərim yoxdur. Belə bir şey baş veribsə, deməli, komandada vəziyyət çox gərgindir”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Aparıcı futbolçuların komandadan uzaqlaşdırılmasını səhv addım hesab edən Mircavadovun fikrincə, yığma üzvlərinin oyun praktikası sarıdan korluq çəkməsi öz mənfi təsirini göstərəcək: “Bu üç futbolçudan ikisi – Rəşadla Saşa milli komandamızın da üzvləridir. Yaxşı, onlar da klubunda oynamasa, bunun axırı necə olacaq? Mən bir şeyi başa düşmürəm, “Neftçi”ni çalışdıran Gede milli komandanın baş məşqçisi Berti Foqtsa vəziyyətlə bağlı hansısa informasiya verirmi? Onsuz da Foqts yerli mütəxəssisləri, elə klublarımızı çalışdıran əcnəbi həmkarlarını saymır. Mənə elə gəlir ki, Gede “Neftçi”yə Foqtsun məsləhəti ilə gəlib. Hər halda, məşqçinin işinə çalışdırdığı komandanın oyununa, nəticəsinə baxıb qiymət vermək lazımdır”.

Qeyd edək ki, “Neftçi” sonuncu çempionluğunu üç il öncə Mircavadovun vaxtında qazanıb.
0