Daha bir “Fənərbaxça”lı “Betis”ə gedir
29.10.2008 - 14:24
Bakı - APA-Sport. İspaniya Primerosunda mübarizə aparan “Betis” “Fənərbaxça”nın daha bir futbolçusunu heyətə qatmaq istəyir. “APA-Sport”un məlumatına görə, ispaniyalılar bu dəfə Deyvid De Souza ilə maraqlanırlar. Bunu “Betis”in idman direktoru Manuel Momparnet deyib.
Hazırda 29 yaşlı futbolçu haqqında məlumatlar toplanır, onun çıxış etdiyi oyunların videoyazısına baxılır. Braziliyalı hücumçunun “sarı-lacivərdlilər”lə müqaviləsinin müddəti 2009-cu il mayın 30-da başa çatacaq. Deyvid mümkün keçidi rəsmiləşdirərsə, son 1 ildə “Fənərbaxça”dan “Betis”ə transfer olunmuş ikinci futbolçuya çevriləcək. Öncə Türkiyə yığmasının Braziliya əsilli yarımmüdafiəçisi Mehmet Aurelio “Betis”lə anlaşıb.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0