“Neftçi”nin yeni kapitanı Samir Əliyev oldu
29.10.2008 - 15:45
“Neftçi”nin yeni kapitanı Samir Əliyev oldu
Bakı. Aqşin Əliyev - APA-Sport. Ciddi böhran yaşayan “Neftçi” klubuna yeni kapitan təyin olunub. “APA-Sport”un məlumatına görə, bu gün ölkə kuboku uğrunda 1/8 final mərhələsi çərçivəsində MOİK-lə görüşdə komandanın kapitan sarğısını yığmamızın keçmiş hücumçusu, 29 yaşlı Samir Əliyev daşıyıb.

Qeyd edək ki, hazırda flaqmanın kapitanı Zaur Tağızadə zədəlidir. Vitse-kapitanlar Rəşad Sadıqovla Rəşad Sadiqov isə eyni səbəb üzündən bu gün meydana çıxmayıb. Hər iki futbolçu baş məşqçi Yurgen Gede tərəfindən “Neftçi”nin ikinci komandası göndəriliblər.
0