Maradonaya ad günü hədiyyəsi
29.10.2008 - 15:50
Maradonaya ad günü hədiyyəsi
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Bir neçə gün əvvəl depressiyada idim. Düşünürdüm ki, məni etibarsız adam sayıb Argentina millisinin baş məşqçisi qoymazlar”. “APA-Sport”un məlumatına görə, bu sözləri Argentina yığmasının baş məşqçisi Dieqo Maradona deyib. Dünya futbolunun əfsanəsi yeni posta təyinatını zarafat kimi başa düşdüyünü etiraf edib: “Lakin ölkə futbol federasiyanın prezidenti özü mənə zəng edərək təyinatımla bağlı xəbəri dedi. Əvvəlcə inanmadım. Fikirləşdim ki, yəqin zarafatdır. Sonra bildim ki, bu həqiqətdir və mənimlə Karlos Bilardo çalışacaq. Bunu eşidəndə isə arxayın nəfəs ala bildim. Hələ rəsmən baş məşqçi deyiləm. Lakin istənilən halda, bu təyinat mənə ən yaxşı ad günü hədiyyəsi oldu”.

Qeyd edək ki, Maradonanın 48 yaşı sabah tamam olur.
0