“Xəzər-Lənkəran”dan azarkeşlərə xoş xəbər
29.10.2008 - 18:48
“Xəzər-Lənkəran”dan azarkeşlərə xoş xəbər
Bakı. Aqşin Əliyev - APA-Sport. “Xəzər-Lənkəran” Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsi çərçivəsində NBC ilə qüvvəsini sınayacaq. “APA-Sport”un Lənkəran klubunun rəsmi İnternet saytına istinadən məlumatına görə, Rasim Karanın rəhbərlik etdiyi kollektiv sabahkı oyunun hazırlığını başa çatdırıb.

Çox güman ki, baş məşqçi kubok matçında əsasən gənc futbolçulara şans verəcək. “Xəzər-Lənkəran”ın kapitanı Emin Quliyev cəzalı olduğundan NBC-yə qarşı forma geyinməyəcək. Cənub klubunun rəhbərliyi azarkeşlərin marağını nəzərə alaraq, onlar üçün sürpriz qərar qəbul edib. Belə ki, sabah saat 15:00-da Lənkəran Olimpiya Kompleksinin stadionunda start götürəcək görüş zamanı stadiona giriş pulsuz olacaq.

Qeyd edək ki, kubok uğrunda yarışda ötən il də NBC-ni sınağa çəkən “Xəzər-Lənkəran” rəqib üzərində qələbə qazanaraq, sonradan baş mükafata sahib çıxmışdı.
0