Subaşiçin ən pis oyunu
30.10.2008 - 10:26
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç “Srvena Zvezda” klubunun heyətində ən pis oyununu keçirib. “APA-Sport”un məlumatına görə, 26 yaşlı hücumçunun komandası Serbiya çempionatının 10-cu turunda “Boraç”a 0:1 hesabı ilə uduzub. Səfər qarşılaşmasında ilk dəqiqələrdən meydanda olan Subaşiç matçın 77-ci dəqiqəsində əvəzlənib. Serbiya mətbuatı Branimirin oyununu 5,5 xalla qiymətləndirib. Bu Subaşiçin cari mövsüm “Srvena Zvezda”nın heyətində aldığı ən aşağı qiymətdir. Belqrad təmsilçisində 7-ci çempionat görüşünə çıxan hücumçu yalnız “Partizan”la matçda da 5,5 qiymət almışdı.
Bu məğlubiyyətdən sonra hesabında 14 xal olan “Srvena Zvezda” bir pillə geriləyərək 5-ci yerə enib.
Bu məğlubiyyətdən sonra hesabında 14 xal olan “Srvena Zvezda” bir pillə geriləyərək 5-ci yerə enib.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0