“İnter” Azərbaycan kubokunu istəmir?
30.10.2008 - 10:49
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan kubokunun son finalçısı olan Bakının “İnter” klubu işini çətinə salıb. “APA-Sport”un məlumatına görə, ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komanda kubokun yeni mövsümündə mübarizəni elə ilk mərhələdə başa vura bilər. 1/8 final mərhələsinin ilk oyununda “Şəfa” stadionunda “Standard”ı qəbul edən “İnter” hesabda iki top fərqi ilə geridə olsa da, məğlubiyyətdən sona 4 dəqiqə qalmış qaça bilib.
Bir həftə sonra keçiriləcək cavab görüşündə “Standard”ı ¼ finala çıxmaq üçün qolsuz və ya 1:1 hesablı heç-heçə də kifayət edəcək.
“İnter” – “Standard” – 2:2
Andaveris Avqusto, 66, Danillo Assioli, 86 – Osmar Siqueyra, 31, Anhel Qutyerres, 47
Qeyd edək ki, 1/8 finalın qalan beş oyunu bu gün keçiriləcək.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0