Ukrayna yığmasının futbolçusu: “Babamın Azərbaycanla bağlığı var”
30.10.2008 - 11:36
Ukrayna yığmasının futbolçusu: “Babamın Azərbaycanla bağlığı var”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Jurnalistlər mənə Azərbaycan prezidenti ilə qohum olub-olmamağımla bağlı sual veriblər. Düzünü deyim ki, heç bir qohumluğum yoxdur”. “APA-Sport”un məlumatına görə, bu sözləri Ukrayna milli komandasının 23 yaşlı yarımmüdafiəçisi Aleksandr Əliyev deyib.

Kiyev “Dinamo”sunun aparıcı futbolçusu soyadı ilə bağlı müzakirələrə aydınlıq gətirib: “Niyə görə soyadım Əliyevdir? Öz genetik köklərimi araşdırmaq üçün atamla oturub söhbət etdim. O, rusdur. Amma deyir ki, babamın haradasa Azərbaycanla bağlılığı var”.
0