Nonda xeyriyyəçilik edir
30.10.2008 - 12:15
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Şabani Nonda nəcib addımları ilə gündəmdən düşmür. “APA-Sport”un məlumatına görə, konqolu legioner ağır durumda olan həmyerlilərinə yardım edəcək.
Nonda məqsədini həyata keçirmək üçün Konqonun İstanbuldakı Konsulluğuna müraciət edib. Təcrübəli futbolçu təxminən iki ay əvvəl də həmyerlilərinə maddi yardım göstərib. O, bununla yanaşı, konqolu gənclərə 400 dəst “Qalatasaray” forması göndərib.
Qeyd edək ki, Nonda 16 yaşında vətəndaş müharibəsi ucbatından vətənindən qaçıb.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0