Kazım hakimi söydü
30.10.2008 - 12:41
Kazım hakimi söydü
Bakı. Kənan Həsənov - APA-Sport. “Fənərərbaxça”nın yarımmüdafiəçisi Kazım Kazım növbəti dəfə idmançıya yaraşmayan davranışla diqqət mərkəzinə düşüb. “APA-Sportun məlumatına görə, İstanbul klubunun üzvü Türkiyə kuboku çərçivəsində “Ankaragücü” ilə səfər matçında hakimi təhqir edib.

“Fənərbaxça”nın qələbəsi (1:0) ilə başa çatan görüşün 72-ci dəqiqəsində yan xətt hakiminə etirazını söyüş söyməklə bildirən Kazım dərhal qarşısında qırmızı vərəqə görərək meydandan qovulub. Onun bu səbəbdən ən azı iki oyunluq cəzalanacağı gözlənilir.

Qeyd edək ki, “Fənərbaxça” ilə 2010-cu ilədək müqaviləsi olan Kazım bu yaxınlarda klub rəhbərliyinə üç şərt irəli sürərək hamını təəccübləndirmişdi.
0