“Qalatasaray” Linderotla vidalaşır
30.10.2008 - 13:21
“Qalatasaray” Linderotla vidalaşır
Bakı. Kənan Həsənov - APA-Sport. “Qalatasaray”ın isveçli legioneri Tobias Linderotun müqaviləsi qarşılıqlı razılaşma əsasında pozulacaq. “APA-Sport”un məlumatına görə, buna səbəb təcrübəli müdafiəçinin xroniki zədəsini sağalda bilməməsidir.

“Qalatasaray” rəhbərliyi artıq bu məqsədlə futbolçunun meneceri Rojer Lyunqu İstanbula dəvət edib. Ötən mövsümün əvvəlində transferi gerçəkləşdirən Linderotun müqaviləsi dövrələrarası fasilədə ləğv olunacaq.

Qeyd edək ki, Linderot cari mövsümdə cəmi iki oyunda meydana çıxıb.
0