Necati milli komandanı arzulayır
30.10.2008 - 14:02
Necati milli komandanı arzulayır
Bakı. Kənan Həsənov - APA-Sport. Cari mövsümün əvvəlində “Qalatasaray”dan “Real Sosyedad”a icarəyə verilən Necati Atəş İspaniyada xoşbəxtdir. “APA-Sport”un məlumatına görə, bu haqda təcrübəli hücumçunun özü açıqlama verib.

“Bura həqiqətən çox gözəldir. “Real Socyedad”da oynadığım və futbol həyatıma İspaniyada davam etdiyim üçün xoşbəxtəm. Transfer dönəmində Rusiya və Ukrayna klublarından da təklif almışdım” - deyə Necati bildirib.

Əsas hədəflərinin Primeroya yüksəlmək olduğunu deyən Necati Türkiyə Superliqasını yaxından izlədiyini və yenidən milli komandanın şərəfini qorumaq istədiyini vurğulayıb.
0