Baş məşqçi oyunda zədələnib
30.10.2008 - 16:31
Baş məşqçi oyunda zədələnib
Bakı. Mehman Süleymanov - APA-Sport. Argentinanın “River Pleyt” klubunun baş məşqçisi Dieqo Simeone çempionatın son turunda zədələnib. “APA-Sport”un məlumatına görə, ötənlərin məşhur futbolçusu “Nyuell Old Boys” ilə görüşdə hirsini oturduğu məşqçilər skamyasından çıxıb. Epizodların birində əlini güclü zərbə ilə oturacağa vuran Simeone xəsarət alıb. Nəticədə tibbi yardıma ehtiyac duyan 38 yaşlı baş məşqçini görüş başa çatandan sonra həkimlərin yanına aparıblar. “Rivert Pleyt”in çalışdırıcısı məhz bu səbəbdən oyun sonrası mətbuat konfransına gəlməyib.
0