“Qalatasaray”dan sərt qərar
30.10.2008 - 18:39
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Qalatasaray” klubunun rəhbərliyi sərt qərar qəbul edib. “APA-Sport”un məlumatına görə, bundan sonra oyun zamanı hakimin qərarlarına etiraz edən və gərəksiz yerə vərəqə alan futbolçular cərimələnəcəklər.
Sarı və qırmızı vərəqə alan oyunçular müvafiq olaraq 5 və 20 min ABŞ dolları məbləğində cərimə ödəyəcəklər. Hakimə etiraz edib, kart almayanlar da bu davranışlarına görə 5 min avro ödəməli olacaqlar.
Qeyd edək ki, “Qalatasaray” rəhbərliyini bu addımı atmağa futbolçuların Superliqanın VIII turu çərçivəsində səfərdə “Əskişəhərspor”la oyunda intizamsızlığı vadar edib. Hakim bu görüşdə 2:4 hesabı ilə məğlub olan İstanbul klubunun üzvlərinə 7 sarı və 1 qırmızı vərəqə göstərmişdi.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0