Zaqatalada ilk böyük hesablı qələbə
31.10.2008 - 10:41
Zaqatalada ilk böyük hesablı qələbə
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan kuboku uğrunda 1/8 mərhələsinin ilk oyunlarına yekun vurulub. “APA-Sport”un məlumatına görə, Zaqatalada üçüncü görüşünü keçirən “Simurq” ilk böyük hesablı qələbəsini birinci divizionda çıxış edən Qubanın “Spartak” klubu üzərində qazanıb. Komandanın üç illik tarixi ərzində ən məhsuldar futbolçusu olan Vladimir Mazyar yenə öz özünü deyib. 31 yaşlı ukraynalı hücumçu görüşün ikinci hissəsində 27 dəqiqəyə 4 qol vurub. Bu, Mazyarın Azərbaycanda çıxış etdiyi iki ilə yaxın müddətdə ilk “poker”i olub.
“Olimpik”lə “Karvan”ın iki aydan sonra “Şəfa” stadionunda növbəti görüşü kubokda olub. Maraqlıdır ki, “Olimpik” rəqibi üzərində Premyer Liqada olduğu kimi 1:0 hesablı qələbə qazanıb. Bu dəfə qələbə topunun müəllifi keçmiş komandası “Karvan”ı cəzalandıran müdafiəçi Mahir Şükürov olub.

“Simurq” – “Spartak” – 7:1
Elşən Məmmədov, 37, Vladimir Mazyar, 53, 59, 68, 80, Qriqol Dolidze, 72 Samir Abdulov, 82 – Pərvin Talıbov, 76

“Olimpik” – “Karvan” – 1:0
Mahir Şükürov, 53

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri noyabrın 5-də və 6-da keçiriləcək.
0