Milli komandanın futbolçusu meydanda huşunu itirib
31.10.2008 - 10:49
Milli komandanın futbolçusu meydanda huşunu itirib
Bakı. Mehman Süleymanov - APA-Sport. Madrid “Real”ı İspaniya kuboku uğrunda “Real Union”la səfər görüşündə bədbəxt hadisə ilə üzləşib. “APA-Sport”un məlumatına görə, komandanın yarımmüdafiəçisi Ruben de la Red matçın əvvəlində gözlənilmədən huşunu itirərək yerə yıxılıb.

23 yaşlı futbolçunun özünə gəlməsi üçün çox çalışan həkimlər buna yaşıl meydanda nail ola bilməyiblər. Paltardəyişmə otağında özünə gələn Ruben birbaşa xəstəxanaya aparılıb. Komandanın həkimi Karlos Dias futbolçunun hansı səbəbdən huşunu itirməsini müəyyənləşdirə bilməyib: “Ola bilsin ki, Ruben hansısa fiziki yüklənmə nəticəsində yerə yıxılıb. O, gecə xəstəxanada qaldı. Təbii ki, biz nə baş verdiyini aydınlaşdırmaq üçün futbolçunu müayinə edəcəyik”.

Qeyd edək ki, “Real” zəif rəqibinə uduzmaqla (2:3) nüfuzuna zərbə vurub. İndi “Kral klubu” cavab görüşündə qələbə qazanmaqla, özünə bəraət qazana bilər. “Real”ın yayda “Xetafe”dən transfer etdiyi Ruben de la Red son Avropa çempionatında İspaniya yığmasının heyətində qızıl medal qazanan 23 futbolçudan biridir.








0