Kalderon Ferqyussonun cavabını verdi
31.10.2008 - 11:10
Kalderon Ferqyussonun cavabını verdi
Bakı. Kənan Həsənov - APA-Sport. “Ferqyussonun açıqlamalarına cavab verib vaxt itirmək istəmirəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri İspaniyanın “Real” klubunun prezidenti Ramon Kalderon söyləyib.

İngiltərə çempionu “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyussonun ittihamına münasibət bildirən klub rəhbəri şotland mütəxəssisin qocaldığını deyib: “Onun gördüyü işləri alqışlayıram. Amma Ferqyusson deyəsən, əməlli-başlı qocalıb”

Qeyd edək ki, Ferqyusson komandasının portuqaliyalı ulduzu Kriştiano Ronaldonu ələ keçirməyə çalışan “Real”ı faşist siyasəti yürütməkdə ittiham etmişdi.
0