“Simurq”: rekorda hələ çox var
31.10.2008 - 11:15
“Simurq”: rekorda hələ çox var
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Zaqatalanın “Simurq” klubu Azərbaycan kubokunun tarixi ərzində özünün ən böyük hesablı qələbəsini qazanıb. “APA-Sport”un hesablamalarına görə, Qubanın “Spartak” komandasını 7:1 hesabı ilə məğlub edən zaqatalalılar rekordunu təzələyə bilməyib. Belə ki, 3 yaşlı “Simurq”un ən fərqli qələbəsi 10:0 hesabı ilə olmuşdu. 2005/06 mövsümündə birinci dəstədə çıxış edən Zaqatala təmsilçisi “Şahdağ-2” (Qusar) ilə çempionat matçında qonaqları meydana çıxmağa peşman etmişdi. 2006-cı il aprelin 30-da keçirilən qarşılaşmada “Simurq”un baş məşqçisi olan Viktor Pışev Azərbaycanda çalışan ukraynalıların da, əcnəbilərin də rekordunun sahibidir. Sələfi olan həmyerlisinin bu iki nəticəsində uzaq olan Roman Pokora özünün ölkəmizdə ən böyük qələbəsini qazanıb. İndiyədək “Simurq”un hazırkı çalışdırıcısının Azərbaycanda qazandığı ən böyük qələbə “Arsenal”la matça təsadüf etmişdi. Zaqatalalılar iki il əvvəl ölkə kubokunda “Arsenal”ı 5:1 hesabı ilə məğlub etmişdi.


0