Foqts Ballaka səs verəcək
31.10.2008 - 12:03
Foqts Ballaka səs verəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Dünyanın ən yaxşı futbolçusunu müəyyənləşdirəcək FİFA-nın sorğusunda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Mixael Ballaka səs verəcək. “APA-Sport”un məlumatına görə, Rusiya mətbuatı 62 yaşlı almaniyalı mütəxəssisin həmyerlisini dəstəkləyəcəyini iddia edir.

Şimal qonşularımız “Brilyant top”a 23 namizəd arasında olan həmyerliləri Andrey Arşavinə dəstək kampaniyasına başlasa da, o qədər də yaxşı münasibətlərdə olmadığı sabiq “qardaşlarına” güvənmir: “Evrovision” müsabiqəsində qalib gələn Dmitri Bilan demək olar ki, bütün postsovet məkanı və Serbiyanın verdiyi birinci yerlərin sayəsində zirvəni təmin etmişdi. Ondan fərqli, FİFA miqyasında lobbinin Arşavinə dəstək olması mümkünsüzdür. Gürcüstanı siyahıdan silmək zəruridir. Hətta Ukrayna da sual altındadır. Azərbaycan və Belarusun alman məşqçiləri üçün isə Mixael Ballakın oyunu daha cəlbedicidir. Bu ölkələrin də səsini qazanmayacağımız təqdirdə, Belizlə Vanuatuda Arşavini haradan tanısınlar”.
0