Foqts Maradonadan uğur gözləyir
31.10.2008 - 12:11
Foqts Maradonadan uğur gözləyir
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Dieqo Maradonanın Argentina yığmasında uğur qazanacağına inanır. “APA-Sport”un məlumatına görə, hazırda vətənində olan 62 yaşlı almaniyalı mütəxəssis argentinalı futbol əfsanəsinin millinin baş məşqçi postuna təyin olunmasına münasibət bildirib. Foqts Maradonanın belə məsul vəzifəyə gətirilməsini gözləmədiyini etiraf etməklə yanaşı, düzgün addım kimi də qiymətləndirib: “Maradonanın “oyunu oxumaq” qabiliyyəti yeni ampluasında onun işinə yarayacaq. Bunun sayəsində Argentina yığması uğur qazana bilər. Xüsusilə də, özü kimi anadangəlmə istedadların bacarığından yararlana bilərsə, bunun yalnız faydası olacaq”.


0