Rasim Kara: Debüt günündə 50-ci oyun
31.10.2008 - 13:41
Rasim Kara: Debüt günündə 50-ci oyun
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan kubokunun NBC ilə görüşü “Xəzər-Lənkəran”ın baş məşqçisi Rasim Kara üçün əlamətdar olub. “APA-Sport”un hesablamalarına görə, türkiyəli mütəxəssis 50-ci dəfə Lənkəran təmsilçisini meydana çıxarıb. Salyan təmsilçisi üzərindəki 3:0 hesablı qələbə ilə yubileyini qeyd edən 58 yaşlı mütəxəssis “Xəzər-Lənkəran”ı 41 çempionat, 7 kubok və 2 avrokubok oyununa çıxarıb. 2004-cü ilin oktyabrından 2005-ci ilin sentyabrınadək rəhbərlik etdiyi komandaya iki ay əvvəl qayıdan mütəxəssis üçün yubiley ikiqat əlamətdar olub. Belə ki, NBC ilə oyun – yubiley matçı oktyabrın 30-da keçirilib. Bu tarix isə Karanın Azərbaycanda, həm də “Xəzər-Lənkəran”da debüt tarixidir. 2004-cü il oktyabrın 30-da komandanı ilk dəfə meydana çıxaran Kara “MKT-Araz”la İmişlidəki görüşdə qolsuz heç-heçəylə kifayətlənmişdi. Həmin debütün 4 illiyində isə yetirmələri yubilyara üç qol bəxş edib.

Rasim Kara “Xəzər-Lənkəran”da

O

Q

H

M

T

X

Cəmi

50

31

8

11

84-30

101

UEFA kuboku

2

0

0

2

2-5

0

Premyer Liqa

41

28

5

8

73-20

89

Azərbaycan kuboku

7

3

3

1

9-5

12

0