Berti Foqts haqlı imiş
31.10.2008 - 16:08
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ölkəmizdə çalışmasına üzülənlər var. “APA-Sport”un məlumatına görə, 62 yaşlı mütəxəssislə yanvarda yollarını ayıran Nigeriya yığmasında almaniyalının gedişinə peşman olublar. İngiltərə Premyer Liqasında çıxış edən “Fulhem” klubunun yarımmüdafiəçisi Dikson Etuhu Foqtsun yığmadan narazılıqla uzaqlaşmasının nigeriyalıların ziyanına olduğunu düşünür: “Təbii ki, Nigeriyada çalışdığı dövrdə Berti Foqts haqlı idi. Onun yığmamız üçün ən düzgün seçim olduğuna cüzi də olsa şübhəm yoxdur. Foqts çox güclü mütəxəssisdir və bir çox komandalarda öz səviyyəsini nümayiş etdirib. Təəssüf ki, indi Nigeriya millisini çalışdırmır. Bizdə isə o daim təzyiq altında işləməyə məcbur idi”.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0