“Bakı” “Şəfa”nın yolu ilə gedir
31.10.2008 - 17:07
“Bakı” “Şəfa”nın yolu ilə gedir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” – “Qafqaz Universiteti” görüşü Azərbaycan kuboku yarışlarının tarixinə düşüb. “APA-Sport”un hesablamalarına görə, paytaxtın eyniadlı təmsilçisinin 10:0 hesabı ilə qalib gəldiyi matçın nəticəsi üç rəqəmlə ifadə olunub. Bu, ölkə kuboku tarixində 10-cu oyundur ki, komandalardan biri ən azı 10 qol vurur. Bu qarşılaşmalardan biri yarımçıq dayandırılan və nəticələri ləğv olunan 2001/02 mövsümünə təsadüf edib. Kubok matçında bu nəticəyə imza atan ilk komanda “Kürmük” olub. Qaxlılar 15 il əvvəl bunu bacarıb. Sonuncu dəfə isə 5 il əvvəl “Şəfa” coşmuşdu ki, onda bakılılar 14 dəfə fərqlənmişdi. Ümumiyyətlə, “Şəfa” 10 qol həddini 3 dəfə aşan yeganə komandadır. “Bakı” isə ikinci dəfə belə uğura imza atıb.

mövsüm

qalib komanda

məğlub komanda

hesab

1993

“Kürmük” (Qax)

“Göyçay”

10:0

1994/95

“Turan” (Tovuz)

U-18 (Bakı)

10:2

1995/96

“Kəpəz” (Gəncə)

LDU”Xəzər” (Lənkəran)

12:1

1997/98

“Şəfa” (Bakı)

HHQ (Bakı)

14:0

1997/98

“Qarabağ” (Ağdam)

“Naftalan”

12:0

1997/98

“Kür-Nur” (Mingəçevir)

“Babək-44” (Bakı)

12:0

1999/2000

“Dinamo” (Bakı)

“Dəniz neftçiləri”(Bakı)

10:1

2001/02

“Şəfa” (Bakı)

“Xəzər” (Lənkəran)

12:2

2003/04

“Şəfa” (Bakı)

“Lider-Qarabağ” (Ağdam)

14:0

2008/09

“Bakı”

“Qafqaz Universiteti”(Bakı)

10:0







0