Raul “Real”ı yox, “Milan”ı arzulayırmış
31.10.2008 - 17:38
Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın “Real” klubunun hücumçusu Raul Qonsales maraqlı açıqlama ilə gündəmə düşüb. “APA-Sport”un məlumatına görə, Madrid təmsilçisinin simvolu olan futbolçu uşaqlıq arzusunun “Milan”da oynamaq olduğunu deyib.
“Örnək aldığım iki futbolçu vardı: Roberto Bacco və Paolo Maldini. Roberto ilə böyümüşdüm, Paolo ilə qocalıram. Onları izləyərkən inanılmaz hisslər keçirirdim. Paolo mən uşaq olarkən Çempionlar kubokunu başı üzərinə qaldırmışdı. İndi mənim 32 yaşım var, amma Maldini yenə oynayır. Kiçik yaşlarımda “Milan”da Marko van Basten, Karlo Ançelotti, Ruud Qullit və Roberto Donadoni ilə oynamağı arzulayırdım” - deyə Raul bildirib.
Qeyd edək ki, “Real”ın kapitanı olan Raul karyerası ərzində bir çox sərfəli təkliflər alsa da, Madrid təmsilçisinə sadiq qalıb.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0