Lempard: “Brilyant top” mənim yox, Ronaldonun olacaq!
31.10.2008 - 19:04
Lempard: “Brilyant top” mənim yox, Ronaldonun olacaq!
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu il dünyanın ən yaxşı futbolçusu olmağa namizədlərdən sayılan Londonun “Çelsi” klubunun vitse-kapitanı Frank Lempard artıq məğlubiyyəti ilə barışıb. “APA-Sport”un məlumatına görə, İngiltərə milli komandasının da üzvü olan 30 yaşlı yarımmüdafiəçi “Brilyant top” uğrunda mübarizədə portuqaliyalı Kriştiano Ronaldonu aşkar favorit sayır.

Onun fikrincə, 2008-ci ili uğurla keçirən “Mançester Yunayted” klubunun və Portuqaliya yığmasının 23 yaşlı yarımmüdafiəçisi dünyanın ən yaxşı futbolçusu seçiləcək: “Məsələyə real baxmaq lazımdır. Hər şey mükafatı Ronaldonun götürəcəyinə gedib çıxır. Bir mövsümdə 42 qol vuran, həm çempionat, həm də Çempionlar Liqasının qalibi olan futbolçunu üstələmək çətindir”.

Qeyd edək ki, Lempard “Brilyant top”a 23 namizəddən biridir.
0