Əmrədən Araqonesə dəstək
01.11.2008 - 12:37
Əmrədən Araqonesə dəstək
Bakı. Kənan Həsənov - APA-Sport. “Komanda ötən mövsüm əla formada idi. Bu səbəbdən bizdən indi daha yüksək nailiyyətlər tələb olunur. Amma hələ istənilən oyunu nümayiş etdirə bilmirik”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça” klubunun yarımmüdafiəçisi Əmrə Bələzoğlu söyləyib.

Zədə ucbatından bir neçə həftədir meydana çıxa bilməyən 28 yaşlı futbolçu baş məşqçi Luis Araqonesi dəstəkləyib: “Uğursuzluqlara görə günahkar biz futbolçularıq. Amma qələbələri sıralayınca, vəziyyət dəyişəcək”.

“Fənərbaxça”ya mövsümlərarası fasilə dönəmində İngiltərənin “Nyukasl” klubundan transfer olunan Bələzoğlu azarkeşləri səbirli olmağa çağırıb.
0