“Arsenal”ın futbolçuları dava saldılar
01.11.2008 - 13:33
“Arsenal”ın futbolçuları dava saldılar
Bakı - APA-Sport. Londonun “Arsenal” klubunda xoşagəlməz hal yaşanıb. “APA-Sport”un məlumatına görə, oktyabrın 29-da İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində doğma meydanda “Tottenhem”lə oyundan (4:4) sonra Arsen Vengerin yetirmələri dava salıblar.

Matçın ardından “Arsenal”ın paltardəyişmə otağında qızğın mübahisə başlayıb. Autsayderlə görüşdə cəmi bir xalla kifayətləndiklərindən “topçular” əsəblərini cilovlaya bilməyiblər. Onlar zəif nəticəyə, xüsusilə də axırıncı 2 dəqiqədə 2 top buraxılmasına görə bir-birlərini suçlayıblar. Daha sonra isə Qallasla və Silvestr əlbəyaxa olublar. Komanda yoldaşları çətinliklə də olsa, onları sakitləşdiriblər.
0