“Fənərbaxça tarixi” satışa çıxarılır
01.11.2008 - 14:22
“Fənərbaxça tarixi” satışa çıxarılır
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Fənərbaxça” klubunun rəhbərliyi azarkeşləri yaxşı mənada təəccübləndirməkdə davam edir. “APA-Sport”un məlumatına görə, yaxın günlərdə satışa “Fənərbaxça tarixi” adlı kitab çıxacaq.

Kitabda 1907-ci ildə əsası qoyulan İstanbul təmsilçisinin geridə qoyduğu 100 il haqda dolğun materiallar yer alıb. Bu, Türkiyədə ən çox tirajla çap olunan kitabdır.
0