Futbol hakimlərimiz imtahanda
01.11.2008 - 14:57
Futbol hakimlərimiz imtahanda
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın futbol hakimləri növbəti dəfə test-normativ veriblər. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən “APA-Sport”a verilən məlumata görə, bu gün Hakimlər Komitəsi tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən imtahanın nəticələri qənaətbəxş olub.

Belə ki, bütün referilər tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Fuad Həsənov, Əliyar Ağayev, Tahir Əhmədov, Rauf Cabbarov, Tağı Məmmədov, Zeynal Zeynalov və Knyaz Əmiraslanov isə 12 dəqiqə ərzində 3000 metrdən artıq məsafəni qət etməklə, digər həmkarlarından fərqləniblər. Sabah hakim köməkçilərindən test-normativlər götürüləcək.
0