Kyuell “Benfika”ya qarşı oynamayacaq
03.11.2008 - 10:29
Kyuell “Benfika”ya qarşı oynamayacaq
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə Superliqasının IX turu çərçivəsində İstanbulda “Qaziantepspor”u məğlub edən “Qalatasaray” həm də ciddi itki ilə üzləşib. “APA-Sport”un məlumatına görə, komandanın avstraliyalı legioneri Harri Kyuell zədələnərək meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.

Rəqibin qapıçısı ilə toqquşan Kyuell ayağından zədə alıb. Klub həkimlərinin bildirdiyinə görə, istedadlı yarımmüdafiəçi noyabrın 6-da Portuqaliyada UEFA kubokunun qrup mərhələsi çərçivəsində “Benfika” ilə görüşü buraxmalı olacaq. Kyuellin bundan üç gün sonra səfərdə “Fənərbaxça” ilə derbi matçda iştirakı da sual altındadır.
0