Roberto Karlos “Bunedkor”da oynamaq istəyir
03.11.2008 - 13:19
Roberto Karlos “Bunedkor”da oynamaq istəyir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fənərbaxça” klubunun sabiq baş məşqçisi Artur Ziko Roberto Karlosu yenidən sərəncamında görmək istəyir. “APA-Sport”un məlumatına görə, bir aydır Özbəkistanın “Bunedkor” klubunu çalışdıran braziliyalı mütəxəssis “Fənərbaxça”da çıxış edən 35 yaşlı həmyerlisinin yolunu gözləyir. Ziko hazırkı komandasında həmvətənlərinin sayını artırmaq fikrindədir: “Karlos həqiqətən də komandamda oynamaq istəyir. O, Rivaldo kimi, Özbəkistana “Bunedkor” klubunda çıxış etməyə gələ bilər”.
Qeyd edək ki, Ziko “Bunedkor”la il yarımlıq müqavilə imzalayıb.
0