“Xəzər-Lənkəran” etiraz edir
03.11.2008 - 13:30
“Xəzər-Lənkəran” etiraz edir
Bakı - APA-Sport. “İndiyədək klubumuzun ofisinə Rəşad Abdullayevin milli komandaya dəvət edilməsi ilə bağlı faks daxil olmayıb. Əgər bizə belə sənəd göndərilərsə, nəinki Abdullayevin yığmaya getməsini əngəlləyərik, əksinə milli komandada “Xəzər-Lənkəran”lıların sayı artdığı üçün qürur hissi keçirərik”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran”ın vitse-prezidenti Araz Nəsirov deyib.

Lənkəran klubunun rəhbərliyi yığmamızın məşqçisi Elxan Abdullayevin səsləndirdiyi fikirləri narazılıqla qarşılayıb. Abdullayev az öncə bildirib ki, 27 yaşlı yarımmüdafiəçinin milli komandaya gəlməsinə “Xəzər-Lənkəran” rəsmiləri maneçilik törədirlər. Lakin Nəsirov yığma çalışdırıcısının sözlərini təkzib edib: “Axı nəyə görə Rəşadı milli komandaya buraxmamalıyıq? Məgər, Kamran Ağayev, eləcə də Rahid Əmirquliyev bizim icazəmizlə yığmaya yollanmır? Elxan bəydən belə açıqlama gözləmirdik. Əslində, bu, heç onun işi deyil. Bu cür məsələlər assosiasiya ilə klub arasında həllini tapmalıdır. Elxan Abdullayev isə bununla bağlı danışarkən, ehtiyatlı və dürüst davranmalıdır”.
0