65 min funt-sterlinq uduzan futbolçu kimdir?
03.11.2008 - 13:31
65 min funt-sterlinq uduzan futbolçu  kimdir?
Bakı. Mehman Süleymanov – APA-Sport. Məşhur ingilis futbolçu Ueyn Runinin qumarda pul qazanmaq arzusu ürəyində qalıb. “APA-Sport”un məlumatına görə, “Mançester Yunayted” klubunun və İngiltərə milli komandasının 23 yaşlı hücumçusu kazinoda 65 min funt-sterlinq uduzub. Kazinoya girən kimi pul qoyuluşu maksimum 500 funt olan stola yaxınlaşan Runinun üzündən təbəssüm əskik deyilmiş. Həmin gün bəxtin onun tərəfindən olacağını düşünən futbolçu elə oyunun əvvəlindən uduzmağa başlayır. Vəziyyətdən çıxış yolu kimi digər stola keçən Ueynin orada da bəxti gətirməyib. Səhər saat 6-da kazino bağlanan zamanı Runi 65 min itirdiyini görərək, “suyu süzülə-süzülə” evinə qayıdıb. Kazinonun rəhbərliyi belə hesab edir ki, avtomobilinə minən zamanı qəzəbli sifəti olan ingilis futbolçunun qazancını nəzərə alsaq, o, bu qədər uduzmağı da özünə rəva görə bilər.


0