Luis Suarez “İnter Mayami” ilə bağlı qərarını verib
18.10.2024 - 22:26
Luis Suarez “İnter Mayami” ilə bağlı qərarını verib

Uruqvaylı hücumçu Luis Suares qərarını verib.

Apasport.az xəbər verir ki, o, "İnter Mayami"də qalmaq istədiyini açıqlayıb.

37 yaşlı forvard klubla danışıqlara start verib. Suares fiziki cəhətdən özünü yaxşı hiss etdiyini söyləyib. 

Ulduz futbolçu hüquqşünasına işlərə başlaması ilə bağlı göstəriş verib.

Qeyd edək ki, Suaresin "İnter Mayami" ilə müqaviləsi ilin sonunda bitəcək.

0