"Qarabağ"la matçda dubl edən futbolçu Türkiyə klubuna keçə bilər
19.10.2024 - 14:14
Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Malmö"nün hücumçusu Erik Botheym karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Beşiktaş" norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İstanbul təmsilçisi 24 yaşlı forvard üçün qışda İsveç klubuna rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, "Malmö" Erik Botheymi bu ilin fevral ayında "Salernitana"dan transfer edib. Norveç millisinin üzvü Avropa Liqası Liqa mərhələsinin 2-ci turunun Bakıda keçirilən matçında "Qarabağ"a 2 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0