Diniyev təyinat aldı
03.11.2008 - 13:45
Diniyev təyinat aldı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan kubokunun 1/8 final mərhələsini idarə edəcək hakimlər müəyyənləşib. “APA-Sport”un məlumatına görə, üç hakim cari mövsüm ilk oyununa çıxacaq. Kubok görüşünədək birinci dəstə və əvəzedicilərin çempionatında fit çalan Elnur Muradovla Ramil Diniyev birinci dəstə təmsilçilərinin iştirakı ilə keçirilən oyuna təyinat alıbsa, Əmrah İbrahimov iki Premyer Liqa komandasının qarşılaşmasında söz sahibi olacaq. Kubokun iki mərkəzi görüşündə - “Karvan” – “Olimpik” və “Standard” – “İnter” matçlarını isə FİFA hakimləri idarə edəcək. “Neftçi”nin MOİK-lə qarşılaşmasına təyinat alan Azad Mütəllimov isə cəzadan sonra ilk oyununa çıxacaq. Premyer Liqanın IV turunda keçirilən “İnter” – “Qəbələ” matçındakı səhvlərə görə, Mütəllimov 5 tur “istirahət” etməli olmuşdu. Qeyd edək ki, 1/8 finalın ilk oyunlarında meydana baş hakim kimi çıxanlardan yalnız Fuad Həsənov yenə iş başında olacaq.

5 noyabr
“Spartak” – “Simurq”

Hakim: Ramil Diniyev

“Turan” – “Qəbələ”
Hakim: Zöhrab Qədiyev

“Karvan” – “Olimpik”
Hakim: İmanxan Sultani

“Bakılı” – “Qarabağ”
Hakim: Əmrah İbrahimov

MOİK – “Neftçi”
Hakim: Azad Mütəllimov

6 noyabr

“Standard” – “İnter”

Hakim: Babək Quliyev

“Muğan” – “Xəzər-Lənkəran”
Hakim: Fuad Həsənov

“Qafqaz Universiteti” – “Bakı”
Hakim: Elnur Muradov
0