AFFA rəhbərliyi Portuqaliyadan cavab gözləyir
03.11.2008 - 17:30
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan və Portuqaliyanın futbol yığmaları arasında yoldaşlıq görüşünün keçirilib-keçirilməyəcəyi yaxın bir həftə ərzində müəyyənləşəcək. Bu haqda “APA-Sport”a məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Portuqaliya Futbol Federasiyasından ölkəmizə noyabrın 10-dək məktub göndəriləcək.
“Ötən həftə Nyonda təşkil olunmuş UEFA-nın tədbirində Portuqaliya Futbol Federasiyasının baş katibi Anqelo Brou ilə bu məsələ barədə fikir mübadiləsi apardıq. Portuqaliyalılar bizə ayın 10-dək yekun qərarlarını çatdıracaqlar” - deyə Məmmədov vurğulayıb. İlkin razılığa əsasən, yoldaşlıq görüşü 2009-cu il aprelin 1-də, milli komandamızın dünya çempionatının seçmə mərhələsində Rusiya ilə səfər matçından 4 gün sonra Portuqaliyada baş tutacaq.
Ancaq Məmmədovun sözlərinə görə, portuqaliyalılarla matçın ləğv olunacağı və ya başqa tarixə keçiriləcəyi də istisna deyil: “Qarşı tərəfin cavabı müxtəlif cür ola bilər. Portuqaliya Futbol Federasiyasından “hə” və ya “yox” cavabı gözləyirik. Ola bilsin ki, oyun digər tarixə təyin ediləcək”.
AFFA-nın baş katibi UEFA-nın tədbiri çərçivəsində latviyalı həmkarı Yanis Mezeçkislə də görüşüb. Mezeçkis noyabrın 19-da Bakıya gələ bilməyəcəklərinə görə bir daha Məmmədovdan üzr istəyərək, Azərbaycan və Latviya yığmalarının 2009-cu ildə yoldaşlıq görüşündə qüvvələrini sınamasını təklif edib. Lakin AFFA rəsmisi Latviya Futbol Federasiyasının baş katibinə konkret cavab verməyib: “Ona gələn il qarşılaşmaq üçün bir sıra komandalardan cavab gözlədiyimizi bildirdim. Əgər uyğun tarix olarsa, gələn il Bakıda latviyalılarla qarşılaşacağıq”.

- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
- Klopp DÇ oyununu bəyənmədi - “Yardım matçına oxşayırdı ”
- Kanada mundialda ilk xalını qazandı - 40 illik həsrət bitdi
- Torontoda sülh: Kanada və Bosniya bərabərə qaldı - YENİLƏNİB
0
0