FİFA milli komandanı oynamağa qoymur
05.11.2008 - 11:19
FİFA milli komandanı oynamağa qoymur
Bakı. Mehman Süleymanov - APA-Sport. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Kosovo milli komandasına yoldaşlıq görüşü keçirməyə qadağa qoyub. “APA-Sport”un məlumatına görə, ali futbol qurumunu buna məcbur edən siyasi məsələlərdir. FİFA tanınmayan ölkə olan Kosovonun hətta yoxlama oyunu xarakteri daşıyan qeyri-rəsmi matçlar keçirməsinə də qarşı çıxır. Yaxın vaxtlarda İsveçrənin “Ksamaks” klubu ilə yoldaşlıq görüşü keçirməyi planlaşdıran kosovoluların Braziliya, Səudiyyə Ərəbistanı, Benin yığmaları ilə qüvvəsini sınamaq istəyi də baş tutmayacaq. Məsələyə münasibət bildirən Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokeri çıxarılan qərara qarşı çıxmayacaqlarını bəyan edib: “Biz FİFA-nın qərarına hörmət etməliyik”.


0