Kyuell Portuqaliyaya aparılmadı
05.11.2008 - 11:59
Kyuell Portuqaliyaya aparılmadı
Bakı - APA-Sport. UEFA Kubokunun qrup mərhələsində “Benfika” ilə qarşılaşacaq “Qalatasaray” səfərə tam heyətlə yollana bilməyib. “APA-Sport”un məlumatına görə, bu gün gündüz saatlarında Lissabona gedən komandada aparıcı futbolçulardan biri, avstraliyalı yarımmüdafiəçi Harri Kyuell yer almayıb. O, zədəli olduğundan qarşıdakı matçda forma geyinməyəcək.

Bundan başqa, səhhətləri ilə bağlı problem yaşayan Şabani Nonda, Məhmət Topal, Əmrə Güngör, Aydın Yılmaz, Tomas Linderot, Barış Özbək də “Benfika” ilə görüşdə komandalarına yardım edə bilməyəcəklər.
Oyun sabah Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.
0