“Qalatasaray” İtaliya yığmasının qapıçısını alır
05.11.2008 - 12:20
“Qalatasaray” İtaliya yığmasının qapıçısını alır
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Qalatasaray” klubu Morqan De Sanktisin transfer hüququna yiyələnmək istəyir. “APA-Sport”un məlumatına görə, bu məqsədlə italiyalı qapıçının meneceri İstanbula dəvət olunub.

İtaliya yığmasının da şərəfini qoruyan De Sanktis cari mövsümün əvvəlində İspaniyanın “Sevilya” klubundan icarəyə götürülüb. Amma gəldiyi gündən etimadı doğruldan legioner qapıçı da karyerasını Türkiyədə davam etdirmək istəyir. De Sanktisin meneceri ilə ortaq məxrəcə gələn “Qalatasaray” rəhbərliyi bu məsələyə nöqtə qoymaq üçün “Sevilya”nı razı salmalıdır.
0