Flores “Qalatasaray”dan çəkinir
05.11.2008 - 12:46
Flores “Qalatasaray”dan çəkinir
Bakı. Kənan Həsənov - APA-Sport. Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Kiki Flores sabah UEFA kubokunun qrup mərhələsində qarşılaşacaqları “Qalatasaray”dan çəkinir. “APA-Sport”un məlumatına görə, ispaniyalı mütəxəssis bu haqda Portuqaliya mətbuatına açıqlama verib.

“Qalatasaray” qrup liderliyi mübarizəsində ən böyük rəqibimizdir. Bu səbəbdən sabah keçiriləcək oyunda qələbə qazanmağa çalışacağıq. Amma “Qalatasaray”la dueldə sıxıntı da çəkə bilərik”.

Qeyd edək ki, I turdan sonra qrupa hesabında 3 xal olan “Qalatasaray” başçılıq edir. Almaniyada “Herta” ilə heç-heçə oynayan “Benfika”nın hesabında isə 1 xal var.
0