“Cim Bom” üçün uğurlu tarix
05.11.2008 - 14:24
“Cim Bom” üçün uğurlu tarix
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah Türkiyənin “Qalatasaray” klubu 17 il əvvəlki nəticəsini təkrarlamağa çalışacaq. “APA-Sport”un hesablamalarına görə, Portuqaliyada “Benfika”nın qonağı olacaq İstanbul təmsilçisi tarixində ikinci dəfə avrokubok matçını noyabrın 6-da keçirəcək. UEFA kubokunun qrup mərhələsinin ikinci turu çərçivəsində Lissabona yollanan “Qalatasaray” 17 il əvvəl də noyabrın 6-da rəqib meydanında mübarizə aparıb.

1991/92 mövsümündə Kuboklar Kubokunun 1/8 final mərhələsində Çexoslovakiyanın “Banik” komandası ilə görüşən türkiyəlilər səfərdə 2:1 hesablı qələbə qazanıblar. Öz meydanında 0:1 uduzmasına baxmayaraq, “Qalatasaray” səfər qolu sayəsində 1/4 finala adlayıb. Daha sonra “Cim Bom”u Almaniya “Verder”i dayandırıb.

Yenə də səfərdən uğurlu nəticə ilə dönməyə çalışacaq istanbullular noyabr ayında qitə miqyaslı yarışlarda ümumilikdə 32 qarşılaşmaya çıxıblar. “Qalatasaray” bu oyunlarda 12 qələbə qazanıb, 7 heç-heçə edib və 13 dəfə uduzub. Onu da əlavə edək ki, “sarı-qırmızılı” klub indiyədək Portuqaliya komandaları ilə görüşməyib.
0