Runi tüpürdü, sonra üzr istədi
05.11.2008 - 14:35
Runi tüpürdü, sonra üzr istədi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərə yığmasının futbolçusu Ueyn Runi fotoqrafdan üzr istəyib. “APA-Sport”un məlumatına görə, “Mançester Yunayted”in 22 yaşlı hücumçusu Li Simmons qarşısında üzrxahlıq etməsi ilə bağlı rəsmi məktubu artıq polis bölməsinə təqdim edib.

Məsələ burasındadır ki, Runi bir neçə gün əvvəl xanımı Kolin Makloxlinlə restorandan çıxarkən onların şəkilini çəkən fotoreportyorun üzünə tüpürüb. Dərhal polisə müraciət edən paparatsinin şikayəti Ueynə baha başa gəlib. Futbolçunu həbs cəzası ilə qorxutsalar da, o, ilk çağırışa məhəl qoymayıb. Daha sonra onun vəkilləri də məsələyə qarışıblar. Nəhayət, paparatsi Runi üzr istəməsinə nail olub.
0