“İnşallah, istədiyimiz olar”
05.11.2008 - 14:38
“İnşallah, istədiyimiz olar”
Bakı. Kənan Həsənov - APA-Sport. “Bizi çox çətin səfər matçı gözləyir. Amma “Qalatasaray” hər oyuna qalib gəlmək üçün çıxır. İnşallah istədiyimiz olar”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray”ın prezidenti Adnan Polat söyləyib.

Bu gün Portuqaliyaya yollanan “Qalatasaray” nümayəndə heyətinə başçılıq edən Polat UEFA Kubokunun qrup mərhələsi çərçivəsində “Benfika” ilə keçirəcəkləri görüşə tam hazır olduqlarını bildirib. Klub rəsmisi həmçinin qeyd edib ki, səfərdə qazanılacaq bir xal da sərfəli nəticə hesab olunacaq: “ Bu günədək zədəli futbolçularımızı bəhanə kimi göstərmədik. Çünki meydana çıxanlar geydikləri formanın haqqını artıqlaması ilə verməyə çalışırlar. “Benfika”ya qarşı oyunda da belə olacaq. Səfərdə heç-heçə də bizim üçün yaxşı nəticə sayıla bilər”.

Qeyd edək ki, “Qalatasaray” tarixi ərzində avrokuboklarda Portuqaliya klubları ilə qarşılaşmayıb.


0